Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Babanın sükan arxasında yuxulaması nəvəsinin və arvadının ölümü ilə nəticələndi
Bakı-Sumqayıt yolunda baş vermiş qəzanın bəzi təfərrüatı məlum olub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, qəzanı törədən sürücü ailəsi ilə birlikdə Laçından gəlib.
Sürücünün bildirdiyinə görə, şəhərə qayıdan zaman idarə etdiyi "Mercedes" markalı avtomobilin sükanı arxasında yuxulayıb və avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Sürücü hadisə şahidlərinə bildirib ki, avtomobil zərbə ilə ağaca çırpıldıqdan sonra ayılıb.
Qeyd edək ki, qəza nəticəsində sürücünün həyat yoldaşı Südabə Əbdül qızı Yusifova və onun nəvəsi hadisə yerində ölüblər.
Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin bir ailənin üzvləri olması müəyyən edilib.
APA xəbər verir ki, qəza nəticəsində Südabə Əbdül qızı Yusifova və onun nəvəsi hadisə yerində ölüblər.
Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report" xəbər verir ki, Bakı istiqamətində hərəkət edən "Mercedes-Benz" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobildəki sərnişinlərdən ikisi ölüb.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI