Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.
Oxu.Az-ın məlumatına görə, qəza zamanı minik avtomobilinin sürücüsü, 33 yaşlı Aqil Məmmədov ölüb.
“Toyota Prius” markalı maşının sərnişini, 21 yaşlı Ruslan Səmədov isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Faktı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a təsdiq ediblər.
09:46
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə “Ekologiya postu” yaxınlığında qeydə alınıb.
Qəza zamanı “Toyota Prius” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım və yol polisi əməkdaşları cəlb olunub.
Hadisə yerindən görüntüləri təqdim edirik:
View this post on Instagramİlhamə Əbülfət
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı? - Foto/Video
- Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək
- Sumqayıtda su kanalı daşıb - Video
- Sumqayıtda zəncirvari qəza: Beş avtomobil toqquşdu - Foto
- Sumqayıtda su fontan vurdu: Ətrafı su basdı - Video
Digər xəbərlər