2021-ci ilin bitməsinə demək olar ki, sayılı günlər qalır. Bakı hər zaman olduğu kimi Yeni ili qarşılamağa hazırlaşır.
Paytaxtın küçələri rəngbərəng işıqlarla bəzədilib. Şəhərin mərkəzində qurulan Yeni il ağacları, bir-birindən maraqlı zarafatları ilə uşaqları sevindirən şaxta baba və qar qız yeni ilə sayılı günlər qaldığını göstərir.
Bu il də hər zaman olduğu kimi Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” yarmarkası təşkil olunub.
Eyni zamanda mərkəzi küçələrdə, mağazaların vitrinlərində, şüşələrdə xüsusi bəzəklərin qoyulması zövq oxşayır.
Oxu.Az-ın fotoqrafı Bakının 2022-ci ilə necə hazırlaşdığını fotokameranın yaddaşına köçürüb.
Həmin kadrları təqdim edirik:
Könül Cəfərli
FOTO: Kərim Abbasov, Firudin Səlimov, Ramil Yunus