Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda 10 gün əvvəl əməliyyat olunan azyaşlı öldü
Bir neçə gün əvvəl Bakıda boğazından əməliyyat edilən qız vəfat edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sentyabrın 15-i Lənkəranın Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Sevinc Elman qızı Əzimzadə Bakıda yerləşən 2 saylı Uşaq Xəstəxanasında boğaz nahiyəsindən cərrahi əməliyyat olunub. Bir gün sonra isə evə buraxılıb.
Sentyabrın 25-i saat 9 radələrində azyaşlı qanaxma səbəbi ilə rayon Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Lakin az sonra o vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Ən çox oxunanlar
Rəylər