Sabunçu Tibb Mərkəzində 24 yaşlı hamilə qadının ölməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, avqustun 20-si saat 22:30-da 2003-cü il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub.
Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Aygün Mirakif
Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.
Oxu.Az "Bakupost"a istinadla xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.
Belə ki, qadın 5 aylıq hamilə imiş. O, abort etdirmək qərarına gəlib.
Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib.
Qeyd edək ki, bu, qadının ikinci hamiləliyi olub.