Aptekə dərman almağa gedən qadın hadisə yerində vəfat edib.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Qara Qarayev prospektində yerləşən apteklərin birində baş verib.
Məlum olub ki, ürəktutmasından vəfat edən qadın 64 yaşlı Zenfira Məmmədova şəkər və təyziqdən əziyyət çəkirmiş, mütəmadi olaraq müalicə alırmış.
Hadisə baş verdikdən dərhal sonra ünvana polis və prokurorluq orqanları gəlib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə ilə bağlı ölüm qeydə alındığından təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinə müraciət qeydə alınmayıb.
Hazırda faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:
Bakıda aptekdə ölüm hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən aptekdə baş verib.
Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Zenfira Məmmədova aptekə daxil olub və az sonra vəfat edib. Onun ürək çatışmazlığından öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.