Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda acınacaqlı vəziyyətdə olan tibb məntəqəsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda acınacaqlı vəziyyətdə olan tibb məntəqəsi ilə bağlı rəsmi açıqlama verilib.
Ərazidə yaşayan sakinlər poliklinikanın hazırda fəaliyyət görtərdiyini desələr də, TƏBİB-dən xezerxeber.az-a bildirilib ki, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 21 saylı birləşmiş şəhər xəstəxanasının nəzdində olan tibb məntəqəsi fəaliyyət göstərmir.
Qeyd edək ki, 21 saylı birləşmiş şəhər xəstəxanasının nəzdində olan tibb məntəqəsi hazırda 2 saylı uşaq poliklinikasi kimi fəaliyyət göstərir.
Maraqlısı isə odur ki, binanın birinci mərtəbəsi Mənzil İstismar Sahəsinindir (MİS), ikinci mərtəbəsi isə poliklinikanındır.
Burada çalışan tibb işçilərinin sözlərinə görə, sınıq-tökük məntəqədə 7 000 xəstəyə baxılır.
Ətraflı süjetdə:

14:12
Bakıda tibb məntəqəsində antisanitariya hökm sürür.
Söhbət Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən tibb məntəqəsindən gedir. Tibb məntəqəsi bərbad vəziyyətdədir.
21 saylı birləşmiş şəhər xəstəxanasının nəzdində olan tibb məntəqəsi hazırda 2 saylı uşaq poliklinikası kimi fəaliyyət göstərir.
PhotoStock.az həmin xəstəxanadan görüntüləri lentə alıb:
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər