Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bununla bağlı FHN məlumat yayıb.
Qeyd edək ki, havanın güclü küləkli olmasına baxmayaraq, hadisəyə çevik və peşəkar reaksiya sayəsində yanğının yaxınlıqda yerləşən neft çənləri və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan verilməyib.



24 iyul, 23:11
Fövqəladə Hallar Nazirliyi Bakıda qamışlıq ərazidə baş verən yanğınla bağlı yeni məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
:640.jpg)










:640.jpeg)
:640.jpeg)










23:01
Bakıda qamışlıq ərazidə yanğın başlayan əraziyə rəsmi şəxslər gəliblər.
Baku TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədirlər.
22:08
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
22:01
Bakının Keşlə qəsəbəsində güclü yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Yanğının açıq ərazidə baş verdiyi bildirilir.
Həmin görüntüləri təqdim edirik: