Bakıda avtobusla minik avtomobili toqquşub.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada yaralananlar var.
İlkin məlumata görə, iki nəfər minik avtomobilində sıxışmış vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən həmin iki nəfər çıxarılıb və aidiyyəti üzrə təhvil veriliblər.
Sözügedən şəxslər müştərək travmalarla 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli