Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda avtomobil piyada keçidinə düşüb
Biləcəri-Lökbatan yolunda baş verən avtoqəzanın bəzi detalları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə bu gün saat 7:15-də baş verib:
"Elşad Elqam oğlu Abbasov 90-MG-124 dövlət nömrə nişanlı avtomobili ilə Bakı Kənar Dairəvi yolda hərəkətdə olarkən idarəetməni itirərək onu maneəyə çırpıb. Nəticədə avtomobil aşaraq piyada keçidinə düşüb. Hazırda faktla bağlı araşdırma aparılır".
Əzizə İsmayılova
Bakıda avtomobil piyada keçidinə düşüb.
"Report" xəbər verir ki, hadisə Biləcəri-Lökbatan yolunda olub.
Belə ki, minik avtomobili idarəetməni itirərək yeraltı piyada keçidinə düşüb.
Sürücünün xəsarət aldığı bildirilir.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI