Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə Fətəli Xan Xoyski küçəsində baş verib.
Belə ki, 1964-cü il təvəllüdlü Qurbanova Nərgiz Əbdül qızını piyada keçidində maşın vurub.
Qadın hadisə yerində ölüb.
Meyit müayinə olunması üçün morqa təhvil verilib.