Bakıda avtomobil təmiri sexində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Suraxanı rayonunda ümumi sahəsi 120 kvadratmetr olan avtomobil təmiri sexində bir ədəd “AzSamand” markalı minik avtomobili yanıb və iki ədəd “AzSamand” markalı minik avtomobili qismən qarsalanıb.
Sex və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rəylər