Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
00:57
Bakının Yasamal rayonunda yanğın baş verib.
APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsindəki avtomobil təmiri sexlərindən birində qeydə alınıb.
Hazırda yanğın davam edir.