Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda avtomobil vuran kişi komatoz vəziyyətə düşüb
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, qəza Zabrat-Maştağa şosesində qeydə alınıb.
Hələlik şəxsiyyəti məlum olmayan 55-60 yaşlı kişi yolun əks tərəfinə keçmək istəyərkən onu “Mercedes-Benz” markalı maşın vurub.
Piyada komatoz vəziyyətdə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Ən çox oxunanlar