Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda avtomobilinə yanacaq tökən sürücünü maşın vuraraq öldürüb
Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə aeroport şossesində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Ezim Rizvan oğlu Teymurov avtomobilinə yanacaq tökmək üçün dayanıb.
Bu zaman digər avtomobil onu vurub.
Ağır zərbə nəticəsində E.Teymurov hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır
Ən çox oxunanlar