Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Məmmədov Xıdır Oruc oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ bud-çanaq oynağının əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.