Bakıda bir ailənin iki körpəsi dəm qazından zəhərlənib.
“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Əmircan qəsəbəsində 2019-cu il təvəllüdlü Talıbzadə Yağmur Ülvi qızı və 2021-ci il təvəllüdlü Talıbzadə Dəniz Ülvi qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.