Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda birinci sinif şagirdlərilə kobud rəftar edən müəllim cəzalandırıldı - YENİLƏNİB + VİDEO
Bakı şəhərində fəaliyyət göstərən 317 nömrəli tam orta məktəbdən müəllimin şagirdlə kobud rəftar ilə bağlı açıqlama verilib.
Məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 23 noyabr 2023-cü il tarixində məktəbin 1b sinfinin rəhbəri dərs zamanı şagirdlərin nəticələrini valideynə göstərmək məqsədilə telefonla videogörüntü çəkib:
“Görüntülər zamanı müəllimin şagirdə qarşı uyğunsuz davranışı nümayiş olunub. Məktəb rəhbərliyi tərəfindən müəllimlə söhbət zamanı o etdiyi əməli etiraf edib. Müəllimin izahatı alınıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi ona töhmət verilib. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən şagird və valideynlərlə, həmçinin psixoloq tərəfindən şagirdlə söhbət aparılıb”.
Təhsil ocağından qeyd edilib ki, artıq son iki aydır şagirdlər müəllimləri ilə birlikdə dərslərdə iştirak edirlər, valideynlərdən hər hansı rəsmi şikayət daxil olmayıb.
16:11
Bakı şəhərində fəaliyyət göstərən 317 nömrəli tam orta məktəbdə şagirdlə kobud rəftar edən müəllim cəzalandırılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə bir-neçə ay əvvəl baş verib. Nəticədə birinci sinfə dərs deyən müəllim töhmət alıb.
15:04
Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində müəllim şagirdlərlə kobud rəftar edib.
Oxu.Az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda yerləşən 317 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, birinci sinif şagirdlərinə dərs deyən müəllim onlarla kobud davranıb, nalayiq ifadələr işlədib.
Müəllimin davranışı valideynlərin narazılığına səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
İlhamə Əbülfət
Rəylər