Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda budanma adı ilə ağacları doğrayıblar - AÇIQLAMA
Bakıda, 28 May küçəsində ağacların yenidən "budanması" vətəndaşların narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
"28 May küçəsində baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən ağaca baxış keçirilib və müdaxilə faktı aşkarlanıb. Fakt aktlaşdırılaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib", - deyə açıqlamada bildirilir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nəsimi rayonu 28 may küçəsində qovaq ağacının yaş budaqlarının kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub:
"Hadisənin kim tərəfindən törədildiyini müəyyən etmək məqsədilə Nəsimi rayon Polis İdarəsinə, ərazinin nəzarətdə saxlanılaraq qeyd olunan ağaca aqrotexniki qulluq göstərilməsi üçün isə Nəsimi rayon İcra Hakimiyyətinə, Nəsimi Bələdiyyəsinə və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub".
Fotoları təqdim edirik:
Əzizə İsmayılova, Nəzrin Vahid
"Ağacların qanunsuz kəsilməsi" teqi üzrə xəbərlər
- Yasamalda ağaclar MƏHV EDİLİB - Təbiətə 117 min manat ziyan vurulub
- Yasamal rayonu ərazisində ağaclar MƏHV EDİLİR - Nazirlik hərəkətə keçdi
- Bakı, Sumqayıt və Ağcabədidə ağaclar qanunsuz kəsilib, təbiətə 173 min manata yaxın ziyan vurulub
- Qanunsuz ağackəsmə - Təbiətə 65 min manatdan çox ziyan dəyib
- Qanunsuz ağackəsmə cinayəti - Təbiətə 381 min manat məbləğində ziyan dəyib