Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – YENİLƏNİB + FOTO/VİDEO
Bakı ş. Xətai rayonu Yeromenko küç.56 ünvanında 24 mərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsində yanğın baş verib.
Oxu.Az FHN mətbuat xidmətinə istinadən bildirir ki, tüstülənmiş zonada qalmış 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.
FHN yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
18:10
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
"Report" xəbər verir ki, hadisə Xətai rayonu, Fəzail Bayramov 1156 ünvanındakı yaşayış binalarından birində qeydə alınıb.
Hadisə zamanı binanın bir bloku və bir neçə mənzil tüstüyə bürünüb.
Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub və yanğın söndürülüb.
17:03
Bakıda yaşayış binasında yanğın olub.
Bununla bağlı Oxu.Az-a bina sakinləri məlumat veriblər.
Bildirilib ki, Fəzail Bayramov 1156 ünvanındakı çoxmərtəbəli yaşayış binalarından birində yanğın başlayıb.
Binanın bir çox mənzilləri tüstüyə bürünüb.
Hazırda hadisə yerində FHN-in yanğınsöndürənləri fəaliyyət göstərirlər.

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ
- Abşeronda iki ev tamamilə yanıb, xəsarət alan var
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib
- Alatavada bir-birinə bitişik evlərdə yanğın olub, xəsarət alan var
- Pakistan səfiri Azərbaycana başsağlığı verib