Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda ər və arvadın müəmmalı ölümü: Dörd gün əvvəl evin tək övladı olan oğulları dünyasını dəyişib
Bakının Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində dəhşətli hadisə baş verib.
Belə ki, həmin ünvanda ər və arvadın meyitləri tapılıb. Onların dəm qazından boğulub öldüyü ehtimal edilir.
Qonşuların sözlərinə görə, cütlük hamam otağında su qızdırıcısını açıq qoyaraq intihar edib.
Qeyd edək ki, dörd gün öncə ailənin yeganə övladı vəfat edib. Onların övlad itkisinə dözməyərək bu addımı atdığı iddia olunur.
Ətraflı APA TV-nin süjetində:
Sabunçu rayonunda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda dəhşətli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Rayon ərazisində yerləşən evlərdən birində İlqar Mehdiyevin və həyat yoldaşı Failanın meyitləri tapılıb.
İlkin məlumata görə, onlar dəm qazından boğulublar.
Faktla bağlı araşdırma aparılır.
Rəylər