Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda dəmiryol xətlərinin sökülməsinin səbəbi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda dəmiryol xətlərinin sökülmə səbəbi bilinib.
Oxu.Az-ın məlumatına görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında yer alan şəhərdaxili hibrid yaşıl dəhlizlərlə əlaqəlidir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, görüntüləri yayılan tikinti işləri köhnə dəmiryol xəttinin ərazisindədir:
“Hazırdakı söküntü Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında nəzərdə tutulan hibrid dəhlizlərdən biridir. Limana gedən köhnə dəmiryolu və Cavanşir körpüsündən yük stansiyasına, Gənclik istiqamətində bu dəhliz yaradılacaq. Bu da imkan verəcək ki, vətəndaşlar Gənclikdən bulvara doğru rahat şəkildə gedə bilsinlər. Eyni zamanda, ərazidən tramvay xətinin olması da planlaşdırılır”.
14:50
“Azərbaycan Dəmir Yolları” QSC-nin xətlərinin söküldüyü iddia edilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İddia edilib ki, xətlər kəsilir, avtomobil yolu salınır.
QSC-dən Oxu.Az-ın sorğusuna cavab verilib ki, texnika işləyən ərazi quruma məxsus deyil.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə agentlik heç bir iş görmür.
İlhamə Əbülfət
"Ağamirzə" teqi üzrə xəbərlər
- Avtomobilsiz mərkəz və keçilməz tıxac qorxusu: “Zona Qış parkına qədər uzana bilər” - FOTO
- Bakının mərkəzində avtomobilsizləşdirmənin nəticəsi necə olacaq? - AÇIQLAMA + FOTO
- Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
- Sürücüləri çaşdıran yol: AAYDA deyir, sür, polis deyir, sürmə - AÇIQLAMA
- Ən çox tıxacın olduğu Bakı-Sumqayıt yolu: Problemin həlli varmı? - FOTO
Rəylər