Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 m² olan ikiotaqlı mənzildə baş verib.
Əlavə məlumat veriləcək.
17:46
Bakıda yaşayış evində yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, yanğın hadisəsi Yasamal rayonu (Sovetski) Abdulla Şaiq küçəsində yerləşən evdə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlhamə Əbülfət