Fevralın 13-də gecə saatlarında Yasamal rayonu ərazisində avtomobildən düşürülərək nəzarətsiz vəziyyətdə küçəyə buraxılan dörd yaşlı oğlan uşağının təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin uşaq sığınacağa yerləşdirilib:
“Faktla bağlı araşdırma aparılır”.
09:30
Bakıda küçədə dörd yaşlı uşaq tapılıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında yazıb.
O bildirib ki, uşağı polis aşkarlayaraq sığınacağa gətirib.
Birlik sədrinin sözlərinə görə, dörd yaşlı oğlanı anası bu gecə küçədə tək qoyaraq tərk edib.

Aytac Qasımova