“Sosial şəbəkələrdə avtoxuliqanlıq edən şəxsin görüntüləri ilə bağlı araşdırma aparılır”.
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
O qeyd edib ki, araşdırmanın nəticəsinə uyğun olaraq, məsələyə hüquqi qiymət veriləcək.
İlhamə Əbülfət
10:24
Sosial şəbəkələrdə avtoxuliqanlıq edən şəxslərin görüntüləri günü-gündən artır.
Xüsusən gecələr ölümə “meydan” oxuyanlar digərlərinin də həyatını təhlükəyə atırlar.
Magistral yollarda canavara çevrilənlər gün ərzində ən azı bir nəfərin ölümünə səbəb olurlar.
Belə görüntülərdən biri də dünən aeroport yolunda qeydə alınıb. Avtomobili idarə edən şəxs yolda ziqzaq hərəkətlər edərək digər maşınlar üçün də təhlükə yaradıb. O, “Mercedes-Benz” markalı avtomobillə yolda 210 km/saat sürətlə hərəkət edib.
Həmin görüntüləri təqdim edirik: