Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Bakıda gənc oğlan bıçaqlandı
Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
2001-ci il təvəllüdlü Adıgözəlzadə Malik Şahin oğlu tanışı ilə əlbəyaxa dava edib. O, dava zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.
Ən çox oxunanlar