Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
APA xəbər verir ki, qəza Hövsan yolunda qeydə alınıb.
İdarəetməni itirən BMW markalı avtomobilin sürücüsü minik vasitəsini “Mitsubishi” markalı avtomobilə çırpıb.
Qəza nəticəsində BMW markalı avtomobildə olan qadın sərnişin həyatını itirib. Minik avtomobilinin sürücüsü isə ağır vəziyyətə təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.