“Dağüstü Park” adlanan ərazi yaxınlığında qeydə alınmış qəza zamanı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə dörd nəfər müraciət edib.
Bu barədə Oxu.Az-a Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 1-i Mərkəzi Klinik Xəstəxanaya, üç nəfər isə müştərək travmalarla Kliniki Tibbi Mərkəzə aparılıb.
17:08
Bu gün Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, qəza Səbail rayonunda, Dağüstü parkın yanında baş verib. Hadisə zamanı BMW markalı iki avtomobil toqquşub. İlkin məlumatlara görə, üç nəfər xəsarət alıb.
Hadisə yerinə ərazi üzrə rayon polis idarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qeyd olunan yolda hərəkətin təmin olunması üçün lazımı tədbirlər görülüb, faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli