Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda iki avtomobil toqquşub - FOTO
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə 28 May küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.
Belə ki, “Opel” markalı nəqliyyat vasitəsi kəsişmədə “Daewoo Gentra” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində “Daewoo Gentra” zibil qutusuna çırpılıb.
Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza yerində Yol Patrul Xidmətinin əməkdaşları araşdırma aparırlar.
Ən çox oxunanlar