Ötən gün Bakının Xəzər rayonunda itkin düşmüş 2008-ci il təvəllüdlü Abbasov Adəm Qüdrət oğlu tapılıb.
Bu barədə “Report”a onun yaxınları məlumat veriblər.
Onlar bildiriblər ki, A.Abbasov ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayaraq olduğu yer barədə xəbər verib. O artıq evindədir.
02:31
Bakının Xəzər rayonunda 15 yaşlı yeniyetmə oğlan itkin düşüb.
“Report”un məlumatına görə, Binə qəsəbəsində 2008-ci il təvəllüdlü Adəm Qüdrət oğlu Abbasov dünən axşam saatlarında fərdi dərs hazırlığı kursundan çıxıb. Lakin evə qayıtmayıb. Onu son dəfə avtobus dayanacağında görüblər. Bundan sonra A.Abbasovdan xəbər olmayıb.
Hadisə ilə bağlı Xəzər Rayonu Polis İdarəsi 3-cü Polis Bölməsinə məlumat verilib.
A.Abbasovu görənlərdən və ya onun barəsində məlumatı olanlardan hüquq-mühafizə orqanlarına, yaxud 051-799-96-45 nömrəli telefona xəbər vermələri xahiş olunur.
