Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Bakıda maşın mağazaya çırpıldı: Xəsarət alan var - FOTO
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, “Opel” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək avtomobil ehtiyat hissələrinin satışı mağazasına çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb, sürücü xəsarət alıb.
Mağaza sahibi ona 20 min manat zərər dəydiyini bildirib.
Yol-nəqliyyat hadisəsinin dəqiq baş vermə səbəbləri mağazanın müşahidə kamerasına baxıldıqdan sonra bilinəcək.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Ən çox oxunanlar