Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Bildirilib ki, binanın 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan ikiotaqlı mənzilin bir otağında plastikdən ibarət pəncərə çərçivəsi və ev əşyaları 2m² sahədə yanıb.
Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.