Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli faktı təsdiqləyib.

O qeyd edib ki, yol-nəqliyyat hadisəsi Zabrat qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində qeydə alınıb:
"Bəylər Ağa oğlu Süleymanlının idarə etdiyi 10-MP-026 dövlət nömrə nişanlı "Mercedes" markalı nəqliyyat vasitəsi ilə Vahid Əfras oğlu Calalaovun idarə etdiyi BYD markalı, 99-QE-967 dövlət nömrə nişanlı avtomobil toqquşublar. Nəticədə "Mercedes"in sürücüsü xəsarət alıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır".