Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Qeyd edilib ki, Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb. Hadisə nəticəsində yolda sıxlıq yaranıb. Bundan əlavə hadisəni müşahidə etmək üçün toplaşan insanlar da sıxlığın yaranmasına səbəb olublar.
Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
"Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür", deyə məlumatda bildirilir.