Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda müğənni virusdan ölüb?
Bakı kəndlərində müğənni və aparıcı kimi tanınan Rəsmiyyə Bakılı vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onun ölümündən əvvəl Məmmədli qəsəbəsindəki modul tipli xəstəxanaya müraciət etdiyi, elə orada yeni yayılan virusdan öldüyü iddia olunur.
Məsələ ilə bağlı "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, həmin şəxsin ölümünün ilkin səbəbi ağciyər arteriyasının tromboemboliyasıdır:
"Yanvarın 11-i saat 3 radələrində 1965-cı il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Məmmədli Modul tipli Xəstəxananın Reanimasiya şöbəsinə kritik ağır vəziyyətdə hospitalizasiya olunub. İkitərəfli viral pnevmoniya, ürəyin işemik xəstəliyi, şəkərli diabet və çoxsaylı ağırlaşmalarla sözügedən şəxsə zəruri tibbi yardımlar göstərilib.
Göstərilən reanimasyon tədbirlərə baxmayaraq, 11 yanvar saat 05:00-da şəxsin bioloji ölümü qeydə alınıb. Ölümünün ilkin səbəb kimi ağciyər arteriyasının tromboemboliyası qeyd olunur".
Qeyd edək ki, Rəsmiyyə Bakılı paytaxtın kənd və qəsəbələrdə xınayaxdı və qadın məclislərini idarə etməsi ilə tanınıb.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Təmirə bağlanmış xəstəxanalar nə vaxt fəaliyyətə başlayacaq?
- Sabunçu Tibb Mərkəzində uzun növbələr yaşanır - ŞİKAYƏT
- Teymur Mirzəbəyli: "Azərbaycanda hər il 30-dək körpə kistoz fibroz xəstəliyi ilə doğulur"
- Əməliyyatdan sonra iflic olan aktyorun son durumu AÇIQLANDI: "İrəliləyişə ümid yoxdur"
- Göygöldə sürücü idarəetməni itirdi, avtomobil aşdı: Xəsarət ALANLAR VAR