Bakı şəhərində narkotik satan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, paytaxtda narkotik satılmasını əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb:
“Həmin videoda olan paytaxt sakini Ağasən Həbibov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Üzərindən və yaşadığı evdən 11 qram heroin və 1 ədəd pnevmatik tapança aşkar edilib. Onun barəsində cinayət işi başlanılıb. Həmin şəxsin barəsində məhkəmə həbs qətimkan tədbiri seçilib”.
Qeyd edək ki, Bakı şəhərində Nərimanov ərazisində qadın və kişi narkokuryer narkotik vasitəni ərazidə daşın üstünə qoyub getməsini əks etdirən görüntülər yayılmışdı.
View this post on Instagram
View this post on Instagramİlhamə Əbülfət
Mövzuya aid xəbərlər
Digər xəbərlər