Bakının Sabunçu rayonunda yerləşən sexdə baş verən partlayış nəticəsində 21 yaşlı Nahid Mehman oğlu Həsənov həyatını itirib, bir nəfər şəxs isə ağır yanıq xəsarətləri alıb.
Baş vermiş hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb:
“Sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi və sonuncunun almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır”.
08:32
Bakının Sabunçu rayonunda salfet istehsal edən sexdə partlayış zamanı ağır xəsarət alan 21 yaşlı gənc ölüb.
“Report”un məlumatına görə, hadisə bir neçə gün əvvəl Zabrat qəsəbəsində baş verib.
Partlayış zamanı 2002-ci il təvəllüdlü Nahid Mehman oğlu Həsənov yanıq xəsarətləri alıb. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.