Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda polis arvadını uşaqlarının gözü qarşısında güllələyib - YENİ TƏFƏRRÜAT + VİDEO
Bakıda polisin həyat yoldaşını qətlə yetirməsinin daha bir təfərrüatı məlum olub.
Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, hadisəni törədən İsmayıl Məmmədov Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı olub.
İsmayıl Məmmədov xidməti avtomobillə dərhal şöbəyə gəlib və həyat yoldaşının təhqiqatçının otağında olduğunu görüb.
Məlumata görə, İsmayıl Məmmədov 26 yaşlı Xanım Məmmədovanı iki azyaşlı uşağının gözü qarşısında xidməti silahı ilə dəfələrlə atəş açaraq güllələyib. Qadın hadisə yerində keçinib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin “xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Rəylər