Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.
Oxu.Az-ın məlumatına görə, köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.
Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.
Həmin görüntüləri təqdim edirik:
Bakıda polisin yanğında zəhərlənən şəxsi xilasetmə görüntüləri - ANBAAN VİDEO + FOTO
İlhamə Əbülfət