Abşeron rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 27-si gecə saat 2 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində baş verib. Qəsəbə ərazisində kirayədə yaşayan Zaqatala rayon sakini, 1993-cü il təvəllüdlü Məhəmməd Ramazan oğlu Daşdəmirov yaşadığı evdə qısqanclıq zəminində arvadı, 2002-ci il təvəllüdlü Günay Rövşən qızı Daşdəmirovanı boğub öldürüb.
M.Daşdəmirov hadisəni törədəndən sonra Zaqatala rayonuna gedərək orada könüllü polisə təslim olub və hadisəni törətdiyini etiraf edib.
Samir Əli
Abşeronda qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib. Onun qətlində həyat yoldaşı şübhəli bilinir.
Mərhumun iki azyaşlı övladının olduğu qeyd edilib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Qeyd edək ki, G.Məmmədova əslən Salyan rayonundandır.
Aqil Vəlili