Fövqəladə Hallar Nazirliyi (FHN) Sabunçu rayonunda baş verən güclü yanğınla bağlı açıqlama verib.
FHN-dən Oxu.Az-a bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar:
“Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində təkər tullantıların toplandığı ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb”.
17:54
Sabunçu rayonunda güclü yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində qeydə alınıb.
Belə ki, güclü yanğın qaz borularının yaxınlığındakı ərazi yazır.
İlhamə Əbülfət