Bakının Suraxanı rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, Zığ şosesində VAZ-2106, “Mercedes-Benz” və “Audi” avtomobilləri toqquşub.
Nəticədə 2005-ci il təvəllüdlü Lalə Elnur qızı Mikayılova, 1996-cı il təvəllüdlü Fərid Vüqar oğlu Aslanov və onun həyat yoldaşı Aysel Mirzə qızı Aslanova xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.
Faktla bağlı araşdırma aparılır.



