Sakinlər Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanı yaxınlığında gecə klubunun açılmasına etiraz ediblər.
Ərazidə sakinlərlə klub rəhbərliyi arasında anlaşılmazlıq yaranıb, işə polis qarışıb.
DİN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələyə hüquqi qiymət veriləcək.