Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda sərxoş halda qəza törədən sürücü ilə bağlı qərar verilib - YENİLƏNİB + ANBAAN VİDEO
Sərxoş halda qəza törədən sürücü ilə bağlı qərar verilib.
Bu barədə məsələ barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
O qeyd edib ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə sürücü həbs edilib:
“İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə uyğun olaraq 10-UL-419 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Rüstəmov Elvin Şünası oğlu barədə bir ay müddətinə inzibati qaydada həbs cəzası verilib. Eyni zamanda o, iki il sürücülük hüququndan məhdudlaşdırılıb”.
12:22
Bakıda polislə sürücü arasında insident baş verib.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Videoda bir neçə polis əməkdaşının sürücünü zorla YPX avtomobilinə mindirməyə çalışması əks olunub.
Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ilə əlaqə saxladıq.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 10-UL-419 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Rüstəmov Elvin Şünası oğlu idarə etdiyi maşınla üç-dörd avtomobilə zərər vurub:
“İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 333.1.3 maddələri və 342.2 bəndi üzrə yol hərəkət qaydalarını kobud şəkildə pozub. İlkin məlumata görə, şəxs alkoqol və narkotik maddənin təsiri altında olub. Buna görə də ekspertizaya aparılmaqdan imtina edib və polisin əmrinə tabe olmayıb”.
O qeyd edib ki, sözügedən şəxs polis tərəfindən təqib edilməyib:
“Kameralara baxış zamanı müəyyən olunub ki, E.Rüstəmov 20 yanvar dairəsinə gələnə kimi bir neçə dəfə qaydaları pozub və həmin ərazidə yol-nəqliyyat hadisəsi törədib. Daha sonra polis əməkdaşları qəza baş verən yerdə onu saxlayıblar. Heç bir zor tətbiq edilməyib. Sürücü barədə toplanan materiallar Yasamal Rayon Məhkəməsinə təqdim edilib”.
İlhamə Əbülfət
Rəylər