Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sürücülərin cərimələnməsinə səbəb olan küçə
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda paytaxtın Fətəli Xan Xoyski küçəsində sürücüləri qayda pozmağa vadar edən avtobus zolağından bəhs edilib.
Belə ki, sözügedən ərazidə avtobus zolağı çəkilənə qədər yerləşdirilən məcburi hərəkət nişanı axını normal şəkildə tənzimləyə bilirdi. İndi isə həmin nişanla əlaqədar yerdə çəkilən nişanlanma uyğun deyil. Çünki sağa - Atatürk prospektinə dönmək üçün verilən icazə yalnız avtobus zolağından mümkündür.
Ona görə də, indiki şəraitdə sürücülər sağa dönmək üçün hər iki halda qayda pozurlar: birini öz zolaqlarından dönəndə, digərini isə avtobus zolağına daxil olmaqla. Bu isə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə - yol nişanlarının və ya yolun hərəkət hissəsinin işarələrinin tələbinə riayət edilməməsinə görə 40 manatlıq cərimə deməkdir.
Ətraflı süjetdə:
"Baku TV" teqi üzrə xəbərlər
- Yeni ilin qeyd edilməsinə kimlər mane olurdu? - Sarsılmayan adət-ənənələr
- Hər an ölümlə üz-üzə: Donbasda faciələrə məruz qalan azərbaycanlılar
- İsrail-Suriya sərhədində su müharibəsi: 1948-dən bu günədək bitməyən mübarizə
- Ukrayna hərbçiləri döyüşlərin gedişatından DANIŞDILAR
- Yol kənarındakı ağaclar təhlükə yaradır: Qurumuş budaqlar niyə budanmır?
Rəylər