Bakıda taksi fəaliyyəti göstərən avtoxuliqanın saxlanılması ilə bağlı rəsmi açıqlama verilib.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a bildirib ki, yol hərəkəti qaydasını pozduqdan sonra polisin qanuni “saxla” əmrinə tabe olmayan sürücü ardıcıl şəkildə qaydaları pozaraq hərəkətinə davam edib:
“Sürücünün saxlanılarkən spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qanuni tədbir görülüb. DYP-nin xidməti avtomobilindən qeydə alınan görüntülərdəndə sürücünün hərəkətləri aydın görünür”.
21:34
Bakıda taksi fəaliyyəti göstərən avtoxuliqan polis əməkdaşları tərəfindən saxlanılıblar.
Oxu.Az-ın məlumatına görə, paytaxtın “Elmlər Akademiyası" metro stansiyası yaxınlığında yerləşən Hüseyn Cavid parkı ətrafında taksi kimi fəaliyyət göstərən “Mercedes C klass” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər etdiyi üçün polis əməkdaşları tərəfindən təqib edilib.
Polisin qanuni “saxla” əmrinə tabe olmayan sürücü saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.