Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda taksilərin sayında ciddi azalma olacaq
“Bakıya 20 min taksi kifayət etməlidir. Taksi sayı cüzi dəyişiklərlə yaydan bəri 67 mindən 60 minə azaldılıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
“Eyni anda bu, 40 minə yaxın sürücünün işsiz qalması demək deyil. İlk növbədə ictimai nəqliyyatda, yük daşımalarında ciddi sürücü ehtiyacı var. İkili işlərdə çalışanları da qeyd etmək lazımdır. Buna görə çox gözləməyəcəyik. Qaydalar qəbul edildikdən sonra nəticələri dərhal görməyə başlayacağıq”, - deyə nazir müavini bildirib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Xronika: "Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi"
- Milli Məclisdə yeni vəzifəyə təyin edilən şəxs keçmiş "KVN"çi imiş
- Ambulator müalicə alan xəstələrə ŞAD XƏBƏR: Sağlamlıq təminatı yeni mərhələyə qədəm qoyur
- Azərbaycanla Çin arasında münasibətlər strateji müstəviyə qaldırılıb
- Hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı yeni qayda