Bakı şəhərində yerləşən istirahət məkanlarından birində ağac gövdəsinə bərkidilən pilləkən tutacağı ləğv edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nizami Rayon İcra Hakimiyyətinin Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib.
Qeyd edilib ki, birlik tərəfindən zəruri tədbirlər görülüb:
“Ağaca bərkidilən dəmir məhəccər götürülüb”.




Eyni zamanda, Bakı şəhər Yaşıllaşdırma təsərrüfatı birliyi tərəfindən ağaca peyvəndlər və xüsusi maddələr vurulub.


12:48
Bakı şəhərində yerləşən istirahət məkanlarından birində ağac gövdəsi pilləkən tutacağı kimi istifadə edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
:640.jpg)
Belə ki, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində fəaliyyət göstərən istirahət məkanlarından birində dəmir məhəccər ağaca bərkidilib.
:640.jpg)
Qeyd edək ki, həmin ağacın dibi betonlanmışdı. Bir neçə gün əvvəl ağacın dibi betondan təmizlənib, amma tədbir görülən zaman ağaca bərkidilən tutacaq çıxarılmayıb.
İlhamə Əbülfət