Bakıda təyinatı əlil və uşaq arabalarının keçməsi üçün nəzərdə tutulan pandus görən hər kəsi təəccübləndirib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Videodan göründüyü kimi, söhbət Bakının mərkəzində, Aşıq Molla Cümə küçəsində qurulan, amma təyinatı məlum olmayan pandusdan gedir.
Təyinatı məlum deyil, çünki nə material olaraq döşənmiş mərmər, nə də maillik bucağı buna imkan vermir.
Təəssüf hissi ilə qeyd edək ki, heç bir standarta cavab verməyən və istifadəsi mümkünsüz olan bu cür panduslara şəhərin bir çox yerlərində rast gəlmək mümkündür. Onların niyə bu şəkildə qurulması isə sirr olaraq qalır.
Videonu təqdim edirik:
Əzizə İsmayılova