Aprelin 4-ü saat 21:52-də Nərimanov rayonu Heydər Əliyev prospektində baş vermiş ağır qəzada xəsarət alan şəxslərdən biri vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 1999-cu il təvəllüdlü Vüsal Abdullazadə tibbi yardıma baxmayaraq, Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.
Qeyd edək ki, hadisə vaxtı 1999-cu il təvəllüdlü Behbud Hüseynlinin idarə etdiyi “Ford Fusion” markalı avtomobil metronun “Koroğlu” stansiyasından mərkəzə doğru hərəkətdə olarkən Fazil Abbasovun sürdüyü VAZ markalı avtomobilin arxa hissəsinə dəyib. Bu zaman “Ford” yolun ortasında olan baryerin üzərindən keçərək əks istiqamətdə hərəkətdə olan 1982-ci il təvəllüdlü Emin Rizvan oğlu Vəliyevin idarə etdiyi “Lexus GX-460” markalı avtomobillə toqquşub. Nəticədə B.Hüseynli, E.Vəliyev, F.Abbasov və onun sərnişini Vüsal Şöhrət oğlu Abdullazadə xəsarət alıblar. Onlar Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.